• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Atilla ilə bağlı qərarına münasibət bildirib

Ərdoğan Atilla ilə bağlı qərarına münasibət bildirib
05.01.2018 13:51
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York Məhkəməsinin Jürisinin "Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla ilə bağlı qərarına münasibət bildirib.

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, ABŞ-ın ədalət anlayışı budursa, o zaman dünya yandı.

Türkiyə prezidenti bildirib ki, ABŞ ədalət anlayışını gözdən keçirməlidir: "Belə bir ədalət anlayışı ola bilməz. Bundan sonra dünyaya ədalət dərsi verməyə qalxmasınlar. Mənim ölkəmdə çevriliş cəhdi edənlərə ölkələrində 400 hektar ərazi ayırıb, generallar kimi yaşadırlar, Türkiyədə çıxarılan heç bir məhkəmə qərarına hörmətlə yanaşmırlar. ABŞ-a Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 100-ə qədər qovluqda sənəd göndərilib, Türkiyədə çıxarılan heç bir qərarı nəzərə almırlar. Elədirsə, beynəlxalq hüquq, iki ölkə arasında bağlanan hüquqi anlaşmalar nəyə yarayır?  Hökmünü itirir. Bundan sonra proseslər belə davam edəcək”.

Qeyd edək ki, keçən ilin mart ayında da ABŞ-a səfər etmiş Türkiyənin "Halkbank” bankının baş direktorunun müavini Hakan Atilla amerikalı polislər tərəfindən həbs edilib. ABŞ Prokurorluğu H. Atillanı bundan öncə həbs olunmuş türkiyəli sahibkar Rza Zərrabla əlaqəli olmaqda ittiham edib. ABŞ tərəfi M.H.Atillanın R. Zərrabla sövdələşməyə girdiyini və sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib. Bu günlərdə ABŞ-ın Iran embarqosunu pozmaqda ittiham edilən H. Atillanın Nyu-Yorkda baş tutan 4 həftəlik məhkəmə prosesinin ardınca qərar verilib. Jüri H. Atillanın İrana embarqonu pozmağa yardım etməkdə günahkar sayıb. Ümumiyyətlə, H.Atilla ABŞ investisiya qanununu pozaraq bank saxtakarlığı da daxil olmaqla, ona qarşı yönəldilən 6 ittihamdan 5-də günahkar elan edilib.

Onun cəzası aprelin 11-də açıqlanacaq.  

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol