Türkiyədə ultramillətçi partiya yaradıldı

Türkiyədə keçən il ultramillətçilər tərəfindən partiya yaradılıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Divar” qəzeti yayıb. Yeni yaradılan partiyaya Ötükən Birliyi adı verib. Hələlik partiyanın yaradıcısı barədə rəsmi mənbələrdə heç bir məlumat yer almayıb. Qeyri-rəsmi mənbələrdə isə bu şəxs Hakan Semerci olaraq göstərilib. Partiya öz nizamnaməsində hakimiyyətə təkbaşına gəlmək istədiyini bildirib. Nizamnamədə həmçinin "Türkü dünyada ali irq olaraq gördüyümüz üçün, Türkiyə türklərindir demək üçün qurulduq” ifadələri yer alıb.
www.anews.az
























