• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə azərbaycanlılara "qadağa qoyan" şirkətdən açıqlama

Türkiyədə azərbaycanlılara "qadağa qoyan" şirkətdən açıqlama
05.01.2018 22:20
Azərbaycanlı milyarder Qabil Həsənov Türkiyədəki otellərinə azərbaycanlı müştərilərin qəbul edilməsinə qadağa qoyub.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddia edilir ki, Q.Həsənovun otellərində bütün millətlərə, o cümlədən erməni əsilli turistlərə xidmət edilsə də, yalnız azərbaycanlıları qəbul etmirlər.
 

Bu vaxta qədər Azərbaycanda adı o qədər də bəlli olmayan Qabil Həsənov kimdir?
Əldə etdiyimiz məlumata görə, Q.Həsənov əsasən Rusiyada böyük biznesə sahib olub. Daha sonra isə Avropa ölkələrində də müəyyən fəaliyyət göstərib. Son illər, xüsusilə Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Rusiyadakı əmlakını sataraq, biznesini Türkiyəyə köçürüb.

Türkiyədə "Tez Tour” şirkətinə məxsus "Alva Donna Beach Resort Comfort” otelini alıb. O, həmçinin Antalyanın Belek rayonunda da "Alva Donna” adında beşulduzlu otelə sahibdir.

"Tez Tour” Türkiyənin ən məşhur şirkətlərindən biri sayılır. 1994-cü ildə iki rus və bir türk iş adamı – Ləvənt Aydın, Aleksandr Burtin və Aleksandr Sinigibiskiy tərəfindən qurulub. Qısa müddətdə məşhurlaşıb, 28 ölkədə fəaliyyətini qurub: ümumilikdə beşulduz olmaqla 1272 otelə sahib, 99 turist agentliyi ilə dünyanın ilk 500 şirkəti sırasında 113-cü yerə qalxıb.

Ancaq 2012-ci ildə aralarında yaranan anlaşılmazlıq səbəbindən Ləvənt Aydın şirkətdən ayrılıb. Bundan sonra "Tez Tour”un çöküşü başlayıb. 2015-ci ilə qədər şirkət müflisləşmənin bir addımlığına qədər gəlib və dövlətə 322 milyon borclanıb. Şirkətin illik gəliri yüksək olsa da, illərlə vergi borclarını ödəyə bilməyib.

Nəticədə məhkəmə çəkişməsi başlayıb və məhkəmə şirkətin əmlakına əl qoyub, şirkətə rəhbərlik isə dövlət nümayəndəsinə keçib.

2015-ci ildə şirkətin səhmlərinin bir hissəsi satılıb. Ancaq indiyə qədər şirkətin səhmlərini alan şəxsin adı gizli saxlanılsa da, onun azərbaycanlı iş adamı Qabil Həsənov tərəfindən alındığını təsdiqləyən bilgilər var.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol