ABŞ-dan İrana görə Rusiyaya hədə: “Bunun əvəzini ağır ödəyəcəklər...”

Rusiya İran hakimiyyətinə dəstəkdən nəhayət imtina etməlidir, əks halda bunun əvvəzini çox ağır ödəməli olacaq. Virtualaz.org xəbər verir ki, belə bəyanatla ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, general Herbert Makmaster çıxış edib. "Newsweek”ə açıqlamasında general bildirib ki, Kreml özünün xarici siyasətində ölkəsinin maraqlarından deyil, ABŞ-ı və müttəfiqlərini qıcıqlandırmaq istəyindən çıxış edir. General Makmasterin bəyanatını "Russia Today” telekanalı efirə verib.
Makmasterin sözlərinə görə, əslində İran və Şimali Koreyanın nüvə proqramı məsələsində Moskva və Vaşinqtonun maraqları üst-üstə düşür. Lakin son vaxtlar Rusiya tərəfi özünü elə aparır ki, sanki ABŞ-ı və onun avropalı müttəfiqlərini özündən çıxarmağa çalışır. "İranın Yaxın Şərqdə güclənməsi Rusiyanın maraqlarına necə cavab verə bilər? Onlar buna görə böyük qiymət ödəməli olacaqlar”, - general əlavə edib.
Makmaster bildirib ki, hər ölkə, xüsusən hər ərəb ölkəsi Rusiyanın nə işlə məşğul olduğunu başa düşməlidir. Və Rusiya İranı və onun destruktiv fəaliyyətini dəstəklədiyi üçün öz imicinə necə zərər vurduğunu başa düməlidir. Generalın sözlərinə görə, Moskvanın hərəkətləri onun beynəlxalq arenadakı imicini korlayıb. Bura Amerika seçkilərinə müdaxilə və Ukrayna məsələsi də daxildir.
www.anews.az
























