• $
  • €
  • ₽
  • ₺
  • £

“Xattab” ləqəbli terrorçu öldürülüb

“Xattab” ləqəbli terrorçu öldürülüb
08.01.2018 23:20
Beynəlxalq səviyyədə axtarışda olan "Xattab” ləqəbli terrorçu Çeçenistanda zəhərlənərək öldürülüb.

Anews.az bildirir ki, bu barədə "Rosbalt” agentliyi hadisə ilə birbaşa əlaqəsi olan mənbəyə istinadən məlumat yayıb.

Terrorçu mütəmadi olaraq qaldığı yeri dəyişdirdiyindən və rabitə vasitələrinə etibar etmədiyindən uzun müddət onu zərərsizləşdirmək mümkün olmayıb. Ətrafdan özünü təcrid edən "Xattab” ona lazım olan şəxslərlə yalnız məktub vasitəsi ilə əlaqə yaradıb. Məktublar bir-birini əvəz edən çaparlarla ötürüldüyündən xüsusi xidmət orqanları onun izinə düşə bilməyib.

Xüsusi xidmət orqanları Xattab barədə hər hansı məlumata görə mükafat təyin etdikdən sonra çaparlardan biri əməkdaşlıq etməyə razılıq verib. 2002-ci ilin mart ayında o, Səudiyyə Ərəbistanından məktub daxil olduğu barədə xəbər ötürüb və Moskvadan gələn kimyaçı-mütəxəssis həmin məktubu güclü təsirə malik zəhərlə işləyib. Məktub zərfə qoyularaq möhürlə bərkidilib və təyin olunmuş çapar zənciri ilə terrorçuya göndərilib.

Bir müddət sonra Xattabın saxlanılmış cangüdəni istintaqa verdiyi ifadədə onun həmin məktubu qəbul etdiyini, zərfi açıb məktubu oxuduğunu və oxuduqdan sonra ocağın üzərinə ataraq yandırdığını bildirib. Zəhər öz təsirini üçüncü gündə göstərməyə başlayıb; terrorçunun səhhəti kəskin şəkildə pisləşib, ağzından köpük  gəlib və martın 20-də dünyasını dəyişib.

Əvvəl Xattabın əhatəsi onun ölümündə xüsusi xidmət orqanlarının əlinin olduğundan şübhələnməyib, onun bir gün əvvəl yediyi qızardılmış göbələkdən öldüyünü düşünüb. Habelə, sonradan zərflə təmasda olan daha beş nəfər oxşar əlamətlərlə öldükdən sonra suiqəsd planının üstü açılıb.

Qeyd edək ki, yanvarın 3-də "Rosbalt” Xattabın ölümündən sonra Çeçenistanda yaraqlılara pul ayıran ərəb terrorçu Əbu Əl-Validinin qətlinin təfərrüatları barədə məlumat verib.

Yayılan məlumata görə, Əl-Valid 16 aprel 2004-cü ildə Vendensk rayonunda  xüsusi təyinatlı "Vostok” bölməsinin keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol