• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni Dünya müharibəsi: ABŞ 76 ölkədə savaşır

Yeni Dünya müharibəsi: ABŞ 76 ölkədə savaşır
08.01.2018 13:00
ABŞ dünyanın 76 ölkəsində terrorizmlə mübarizə aparır.

Axar.az "Nation” qəzetinə istinadən xəbər verir ki, bu nəticə "Costs of War” ("Müharibə Xərcləri”) layihəsi çərçivəsində aparılan araşdırmalardan sonra müəyyən olunub. Braunov Universitetinin hazırladığı layihə çərçivəsində ABŞ-ın 2015-2017-ci illərdəki terrorizmlə mübarizə xəritəsi təqdim edilib. Xəritədə ABŞ-ın bütün dünyadakı antiterror bölmələrinin, bazalarının, pilotsuz uçuş aparatlarının yerləşdiyi ərazilər əks olunub.

Tədqiqat müəllifləri hazırda terrorizmlə qlobal konfliktə ABŞ-ın 76 ölkəni cəlb etdiyini bildirib. Bu isə dünyadakı dövlətlərin 39%-ni təşkil edir. Onların siyahısına ABŞ-ın birbaşa və ya dolayı yolla iştirak etdiyi Əfqanıstan, Suriya, Yəmən, Somali və Liviya kimi dövlətlər daxil edilməyib.

"Nation” qəzetinin jurnalisti Tom Engelxardtın fikrincə, Amerika yeni əməliyyatlar planlaşdırıb. Jurnalist 2001-ci ildə Vaşinqtonun terrorizmə qarşı Əfqanıstanda başlatdığı müharibənin Tramp dövründə sona çatmadığını, əksinə müəyyən olunmayan həcmlərdə böyüdüyünü bildirib:

"Buna rəğmən, dünyada terror təşkilatlarının sayı artmaqda davam edir. Təkcə Əfqanıstanda 2001-ci ildən bu yana terror təşkilatlarının sayı 20-yə qədər artıb”.

O, həmçinin bu savaşların həddən artıq böyük maliyyə itkisinə səbəb olduğunu söyləyib:

"Bu savaş ölkədən 5,6 trilyon aparıb. Ölkənin hərbi ehtiyacları üçün borcların faizləri əsrin ortasında Amerikanın xarici borcuna 7,9 trilyon dollar əlavə edəcək. Trampın prezidentliyinin ilk dövründə isə Amerikanın hərbi xərcləri 700 milyard dollara çatıb. Bu, artıq başa çatmayan dünya müharibəsidir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol