• $
  • €
  • ₽
  • ₺
  • £

Martirosyan: "Ermənistanı çox ağır vəziyyət gözləyir"

Martirosyan: "Ermənistanı çox ağır vəziyyət gözləyir"
08.01.2018 19:18
2017-ci il Ermənistanda uzun müddətdir hökm sürən iqtisadi böhranın daha da dərinləşməsi ilə yadda qalıb. İşğalçı ölkədə xüsusən də sənaye və kənd təsərrüfatı sahələri çöküb.

Ermənistanın Statistika Xidmətinin məlumatına görə, iqtisadi geriləmə biznes mühitini də çökdürüb. Əhalinin 90 faizinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb. Hər 10 nəfərdən doqquzu pis yaşamağa başlayıb.

Ermənistanı 2018-ci ildə də çox ağır vəziyyət gözləyir. Bunun gətirdiyi iqtisadi problemlər isə etirazlarla nəticələnəcək. Bu proqnozla "İrs” partiyasının sədr müavini Armen Martirosyan çıxış edib. O, yerli televiziyaya müsahibəsində deyib ki, 2018-ci ildə Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi qaçılmazdır. Bunun qarşısını almaq üçün hökumətin strateji planı yoxdur. Partiyasının sədr müavini bu il də Ermənistan iqtisadiyyatının inkişafının 0-a enəcəyini bildirib. O qeyd edib ki, hazırkı rejimin hakimiyyətdə olduğu dövr ölkəni ancaq məhvə aparıb. Son 10 ildə 300 mindən çox vətəndaş və ya əhalinin 10 faizi ölkəni birdəfəlik tərk edib. Yoxsulluq həddində yaşayan vətəndaşların sayı isə 30 faizədək yüksəlib. Xarici borc 4 dəfə artaraq ümumi daxili məhsulun 60 faizi səviyyəsinə - ən təhlükəli həddə çatıb.

A.Martirosyan diqqəti ölkədəki siyasi vəziyyətə də yönəldib. O bildirib ki, hökumət ona qarşı çıxan fəalları "Sasna Srer” hərəkatı adı altında həbs edib. Ona görə də "İrs” partiyası meydanda tək qalıb. Lakin buna baxmayaraq, fəal mitinqləri bərpa etmək iqtidarındadırlar. A.Martirosyan bütün təzyiqlərə baxmayaraq, mart-apreldən etibarən yenidən ümumxalq itaətsizliyi aksiyalarına başlayacaqlarını bəyan edib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol