Tanınmış azərbaycanlı xəttat həbs edildi

Tanınmış xəttat Abbas Köçəri Cənubi Azərbaycanın Xoy şəhərində saxlanılıb.
Kult.az xəbər verir ki, xəttat yanvarın 1-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Naməlum istiqamətə aparılan xəttatın hansı səbəbdən saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur.
Xatırladaq ki, A.Köçəri 1971-ci ildə Xoy şəhərində dünyaya göz açıb. O 1997-ci ildə İran Xəttatlar Əncümənindən fərqlənmə diplomu ilə məzun olub. Xəttatın öz ixtisası üzrə 2 mindən çox yetirməsi var. A.Köçərinin türk dilində "Elimin sözləri” və "Şəms Təbriz İşarələri” adlı iki albomu 2013-cü ildə işıq üzü görüb.
www.anews.az
























