Şimali və Cənubi Koreya arasında görüş başladı

Şimali və Cənubi Koreya nümayəndə heyətlərinin görüşü başlayıb, bu barədə "Rönhap” agentliyi məlumat yayıb.
Məlumata əsasən,tərəflər arasında görüş yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 05.00-da) başlayıb. Cənubi Koreya nümayəndə heyətinə Milli Birləşmə nazirliyinin rəhbəri Ço Mön Gün, KXDR-in nümayəndə heyətinə isə Sülh Birləşməsi Komitəsinin sədri Li Son Qvon rəhbərlik edir. Görüş Pxanmuncomda - "Sülh evi" adlanan məntəqədə qapalı olaraq keçirilir.
Ço Mön Gün sözlərinə görə, tərəflər Şimali Koreya komandasının fevralda keçiriləcək Olimpiya oyunlarında iştirakını müzakirə edəcəklər.
www.anews.az
























