• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı tarixçi erməni terrorizmini ifşa edəcək

Rusiyalı tarixçi erməni terrorizmini ifşa edəcək
09.01.2018 13:00
Ermənistanın Rusiyada terrorizm ideologiyasını necə müdafiə etməsi ilə bağlı xeyli sayda sənədlər var. Bu faktlarla sənədli film çəkmək olar. Filmin ssenarisi artıq hazırdır, hətta müəyyən kadrlar da çəkilib. Düşünürəm ki, yanvarın sonu - fevralın əvvəllərində filmi yekunlaşdıra biləcəyəm.

Anews.az bunu AzərTAc-a müsahibəsində tanınmış tarixçi, qafqazşünas alim Oleq Kuznetsov deyib. Tarixçi qeyd edib ki, dünyada mövcud olan müxtəlif terror qruplaşmaları ilə müqayisədə erməni terrorizmi özündə daha çox təhdid və hədələri birləşdirir: "Biz Azərbaycana qarşı törədilənlərin nümunəsində bunun çox şahidi olmuşuq. Bu mövzunu dərindən öyrənəndə məlum olur ki, hazırda erməni ekstremizmi hətta Rusiya dövlətçiliyini də təhdid altına alır. Tarixə nəzər salsaq görərik ki, vaxtilə erməni terrorçuları Rusiyanın özündə bir sıra terror hadisələri törədiblər. Buna çoxsaylı misallar gətirmək olar. Erməni terrorizmi, erməni ekstremizmi haqqında faktları araşdıranda məlum oldu ki, bu ideologiya indi də davam etdirilir”.

Oleq Kuznetsov erməni terrorizminin tarixi haqqında yazdığı kitabının 2015-ci ildə Bakıda, 2016-cı ildə isə Moskvada nəşr olunduğunu bildirib. Eyni zamanda, 2015-ci ildə Stokholmda, 2016-cı ildə isə ingilis dilində Berlində böyük tirajla nəşr edilib.

Qafqazşünas alim deyib: "Mənim kitablarımı dünyanın müxtəlif ölkələrində oxuyurlar. Erməni terrorizmi ilə bağlı kitabım çap olunandan sonra müxtəlif ölkələrdən elektron poçtuma bununla bağlı xeyli materiallar gəlməyə başladı. Məsələn, Türkiyənin Ankara, İstanbul hava limanlarında, Fransanın Orli hava limanında, həmçinin təxminən son 7 ildə baş vermiş teraktlarla bağlı kifayət qədər məlumatlar aldım. Eyni zamanda, Belarusdan çoxsaylı materiallar göndərildi. Hamısı da kifayət qədər əhatəli materiallar və faktlardır. Onları yenidən işləmək, dəqiqləşdirmək xeyli vaxt aparacaq. Bu ilin ortalarından bu işlə məşğul olmağa başlayacam”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol