ABŞ diplomatlarını Kubaya göndərməyəcək

Havana "akustik hücumlar” problemini həll etməyincə amerikalı diplomatlar Kubaya dönməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.
"Mən sağlamlığa zərər verə biləcək yerlərə adam göndərməyimi istəyən hər kəsə qarşı çıxacağam”.
Qeyd edək ki, 2016-cı ilin noyabrından 2017-ci ilin avqustunadək Kubada 24 amerikalı diplomat zərər çəkib. Onlar ürəkbulanma, başgicəllənmə və eşitmə problemindən şikayətləniblər. İstintaqdan sonra Federal Təhqiqatlar Bürosu Kubada amerikalı diplomatlara qarşı "akustik hücumlar”ın olması ilə bağlı sübut tapmadığına dair açıqlama yaymışdı.
www.anews.az
























