İranda etiraz aksiyaları - 3700 həbs

İranda etiraz aksiyaları zamanı ümumilikdə 3700 nəfər həbs edilib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran parlamentinin Təhsil Məsələləri üzrə Komitəsinin üzvü Mahmud Sadeqi söyləyib. O həbs edilən tələbələrin dəqiq sayının bilinmədiyini deyib.
Qeyd edək ki, bundan öncə İran hökuməti həbs edilən şəxslərin çoxunun azadlığa buraxıldığını bildirmişdi.
www.anews.az
























