• $
  • €
  • ₽
  • ₺
  • £

15 min nəfər Ermənistan vətəndaşlığından imtina edib

15 min nəfər Ermənistan vətəndaşlığından imtina edib
10.01.2018 20:21
Son illər Ermənistan vətəndaşlığından imtina edən şəxslərin sayı kəskin artıb.

AzVision.az xəbər verir ki, bu barədə "News.am”-a Ermənistan Polisinin Pasport-Viza Departamentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2017-ci ildə 3823 nəfər Ermənistan vətəndaşlığından imtina etmək üçün ərizə ilə müraciət edib. Vətəndaşlıqdan imtina ilə bağlı departamentə 2012-ci ildə - 968, 2013-cü ildə - 1461, 2014-cü ildə -2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863, bir dekabr 2017-ci ildə isə 3823 ərizə daxil olub. 

2012-ci ildən 2017-ci ilə qədər, yəni Respublika partiyası Ermənistanda hakimiyyətə gəldikdən bəri 15000 şəxs vətəndaşlıqdan imtina edib. Ermənistan polisi vətəndaşlıqdan imtina edən şəxslərin yaşı və cinsi barədə məlumat yaymayıb. Onlar bunu belə bir statistikanın aparılmadığı ilə əlaqələndiriblər.

Ermənistanın hakim Respublika Partiyasından deputatı, sabiq polis rəisi Alik Sarkisyan hesab edir ki, bu, olduqca ciddi göstəricidir və hökumət bu qərarın ölkə üçün bir nömrəli problem olduğunu qəbul etməlidir. 

Sarkisyanın sözlərinə görə, vətəndaşlıqdan imtina edən şəxslərin böyük əksəriyyəti ölkədə hərbi xidmətdən imtina etmək üçün ölkəni tərk edir: "Bu, bizim ölkə üçün böyük rəqəmdir. Hər kəsin ölkəni tərk etmək üçün öz səbəbi var”. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol