Ekvador Assancı qovur

Ekvador "Vikiliks”in rəhbəri Culian Assancı özünün Londondakı səfirliyindən qovmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu iddia ilə "Deyli Meyil” qəzeti çıxış edib. Qəzet buna əsas səbəbin Assancın tvitləri olduğunu bildirib.
Belə ki, sayt rəhbəri Ekvador lideri Lenin Morenonu onun müttəfiqləri haqqında tvitləri ilə qəzəbləndirib. Hazırda Ekvadorun Britaniya ilə bu istiqamətdə danışıqlara başlamaq üçün vasitəçi axtardığı bildirilib.
www.anews.az
























