İran-İraq sərhədində güclü zəlzələ

İran-İraq sərhədində 15 dəqiqə ərzində iki zəlzələ baş verib.
Axar.az xəbər verir ki, Avropa Seysmoloji Xidmət Mərkəzi zəlzələnin yerli vaxtla 10:00-da qeydə alındığını bildirib. Birinci zəlzələnin 5.5, ikincinin isə 5.2 bal gücündə olduğu deyilir. Zəlzələnin episentrinin İranın Mandali qəsəbəsinin yaxınlığında olduğu vurğulanıb.
Yerli mənbələr zəlzələnin Bağdad və ətraf şəhərlərdə hiss edildiyini bildirib.
Qeyd edək ki, dünən də yerli vaxtla 19:26-da İranın Kirmanşah vilayətində 4,7 bal gücündə zəlzələ olmuşdu.
www.anews.az
























