Çindən Yaponiyaya xəbərdarlıq: “Dayandırın”

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kan Yaponiyanı mübahisəli Dyaoyuydao adaları ətrafında süni hadisə yaratmamağa çağırıb.
Axar.az xəbər verir ki, Dyaoyuydao adaları ətrafında Yaponiya ilə Çin arasında ərazi mübahisəsi yaşanır. 1895-ci ildən Yaponiya işğalı altında olan bu adalar İkinci Dünya müharibəsindən sonra ABŞ-ın nəzarətinə keçmişdi. Lakin 1972-ci ildə yenidən Yaponiyaya qaytarıldı. Çin Yaponiyanın bu adaları qanunsuz olaraq saxladığını iddia edir.
www.anews.az
























