Türkiyə həbs etdiyi erməninin adını açıqlamadı

Türkiyədə Ermənistan vətəndaşı saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Habertürk” qəzeti yayıb. Saxlanılan şəxsin pedofiliyada ittiham olunduğu bildirilir. Onun uzun müddət ərzində uşaq pornoqrafiyasının yayılması ilə məşğul olduğu vurğulanıb.
Türkiyə polisi saxlanılan şəxsin adını açıqlamaqdan imtina edib.
www.anews.az
























