• $
  • €
  • ₽
  • ₺
  • £

Kosovoda serb partiya lideri güllələnib

Kosovoda serb partiya lideri güllələnib
16.01.2018 18:47
Kosovonın şimalındakı Mitrovitsa şəhərində yerli serblərin liderlərindən olan Oliver İvnoviç güllələnib.

APA-nın  "Washington Post”a istinadən verdiyi məlumata görə, naməlum şəxslər ona sədri olduğu Vətəndaşların Təşəbbüsü Partiyasının ofisi qarşısında atəş açıblar. O. İvanoviç xəstəxanada ölüb. Kosovo polisi hadisəni təsdiqləyib.

Hadisə ilə əlaqədar Aİ-nin təşəbbüsü ilə Serbiya və Kosovo arasında keçirilməsi planlaşdırılan danışıqlar dayandırılıb. Danışıqlar ötən ilin martından bu yana ilk dəfə keçirilməli idi. Siyasətçinin güllələnməsi xəbərindən sonra Serbiya nümayəndə heyəti geri qayıdıb.

Kosovo prezidenti Haşim Thaçi serb siyasətçinin qətlini pisləyib. Baş nazir Ramuş Haradinay isə ölkəsinin danışıqları davam etdirməyə sadiq olduğunu bildirib.
 
Serbiya Dövlət Televiziyasının məlumatına əsasən prezident Aleksandr Vuçiç hadisə ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol