Bitkoin bir gecədə 25% ucuzlaşdı

Bitkoin gecə saatlarında 10194 dollara qədər ucuzlaşıb.
Axar.az xəbər verir ki, bitkoinin kursu ümumilikdə 25% ucuzlaşıb. Səhərə yaxın bu kriptovalyutanın kursu yenidən bahalaşmağa başlayıb və nəticədə 11194 dollara çatıb.
Bitkoinin kapitalizasiyasında da eniş müşahidə edilib. Belə ki, sutka ərzində bu kriptovalyutanın ümumi dəyəri 19% ucuzlaşaraq, 709 milyarddan 577 milyarda qədər geriləyib.
www.anews.az
























