ABŞ-dakı hər 4 terrorçudan 3-ü... - Tramp

ABŞ-da terrorizmdə ittiham edilən şəxslərin 75%-i ölkə xaricində doğulub.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.
"Ədliyyə və Daxili Təhlükəsizlik nazirliklərinin yeni hesabatı göstərir ki, terrorizmdə ittiham edilən hər 4 nəfərdən 3-ü ölkə xaricində doğulub. Biz Konqresə ölkədə təhlükəsizliyin gücləndirilməsi ilə tədbirlər paketi göndərmişik”, – deyə o bildirib.
www.anews.az
























