Saakaşvilinin partiyası yenə səs itirir – Sorğu

Gürcüstanda sabah seçki keçiriləcəyi təqdirdə hakim Gürcü Arzusu koalisiyasına əhalinin 27%-i səs verməyə hazırdır.
Axar.az xəbər verir ki, bu nəticə ABŞ Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb.
Gürcülərin hakim koalisiyadan sonra ən çox güvəndikləri Vahid Milli Hərəkat Partiyası olub. Mixail Saakaşvilinin partiyasını əhalinin 10%-i dəstəkləməyə hazır olduğunu bildirib. Üçüncü yerdə isə Avropa Gürcüstanı Partiyası (3%) qərarlaşıb.
www.anews.az
























