• $
  • €
  • ₽
  • ₺
  • £

Zukerberq 107 metrlik üzən saray aldı – FOTO

Zukerberq 107 metrlik üzən saray aldı – FOTO
18.01.2018 20:17
"Facebook”un (bazar dəyəri 521 milyard dollardır) yaradıcısı Mark Zukerberqin dəyəri 195 milyon dollar olan 107 metrlik lüks gəmisinin fotoları yayılıb. 

Anews.az xəbər verir ki, 74 milyard dollar sərvətə sahib Zukerberq gəmini sentyabrda Monakoda təşkil olunan sərgidə bəyənərək gizli şəkildə alıb.

Gəmi bundan əvvəl Yeni Zelandiyadan olan milyarderə məxsus olub. Bölgənin ən varlı vətəndaşı olan Graame Hartt lüks gəmi kolleksiyasına sahibdir. Hartt iş həyatına sıfırdan başlayıb. O, sürücü, satıcı işləyib. Hazırda 7,4 milyard dollar sərvətə və "Rank Group” şirkətinə sahibdir. 

"Ulyseses” adlanan gəmi xüsusi dizayn edilib. Belə ki, gəminin içərisində 24 metr uzunluğunda köməkçi gəmi, helikopter qarajı, motosiklet, 4x4 bir avtomobil var. Gəmi ilə ilin dörd fəslində səyahət etmək mümkündür. Belə ki, nəqliyyat vasitəsi fırtınaya, ən pis hava şəraitinə dözümlüdür. Gəminin aylıq xərci iki milyon dollardır. 

Onu da qeyd edək ki, gəmi 2016-cı ildən satışa çıxarılıb. Məhz bu səbəbdən Zukerberq gəmini endirimlə 150 milyon dollara satın alıb. O, artıq beş aydır gəminin xidmətindən istifadə edir. "Ulyseses”i ötən ay Sakit Okean sualarında görüblər. Gəminin digər göstəriciləri: 

107 metr: Gəminin uzunluğu

2230 metr: Gəminin böyüklüyü 

15 ədəd: Gəmidə xüsusi kabin sayı

30 nəfər: Gəmidə qonaq qalacaq şəxslərin sayı 

43 nəfər: Ekipaj üzvlərinin sayı

20 ədəd: Ekipaj otaqlarının sayısı

15 knot: Gəminin ortalama sürəti 
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol