• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya üzrə işsizlərin sayı açıqlanıb

Dünya üzrə işsizlərin sayı açıqlanıb
23.01.2018 18:44
Beynəlxalq Əmək Təşkilatının "Dünyada  Məşğulluq və Sosial Gözləntilər: 2018-ci ilin trendləri” hesabatına əsasən 2016-cı ildəki yüksəlişdən sonra qlobal işsizlik nisbəti sabitləşib. 

Anews.az Beynəlxalq Əmək Təşkilatına istinadən verir ki, 2017-ci ildə işsizlərin ümumi sayının 192 milyonu keçərək 5,6 faiz səviyyəsinə çatması gözlənilir. 

2017-ci ildə iqtisadi artımın gözləntilərdən yüksək olmasına baxmayaraq,  uzun müddətli qlobal iqtisadi perspektlivləri  mötədildir (orta-səviyyəlidir). 

Hesabata görə 2017-2018-ci ildəki müsbət tendensiya, inkişaf etməkdə olan ölkələrdə əmək birjalarının güclənməsi hesabına baş verəcək. Söhbət o ölkələrdən gedir ki, həmin ölkələrdə işsizik səviyyəsi 0.2 faiz azalaraq,  2018-ci ildə 5.5 faizə yəni böhrandan əvvəlki səviyyəyə enəcəyi proqnozlaşdırılır.

Hesabatda eyni zamanda qeyd olunur ki,  qeyri-stabil (qeyri-sabit) məşğulluğun ixtisarı ilə bağlı keçmişdə  böyük irəliləyiş əldə olunsa da 2012-ci ildən etibarən bu istiqamətdə durğunluq müşahidə edilir. Bu o deməkdir ki,  2017-ci ildə  təxminən 1.4 milyard insan qeyri-sabit məşğulluq sahəsində çalışır və 2019-cu ilə kimi isə bu saya daha 35 milyon nəfərin əlavə olunacağı proqnozlaşdırılır.  İnkişaf etməkdə olan ölkələrdə hər dörd işçidən üçü qeyri-stabil məşğulluq sahələrində çalışır.

Hesabatda əsas nikbin məqam, inkişaf etməkdə olan ölkələrdə işçilər arasında yoxsulluq səviyyəsinin  aşağı düşməyə davam etməsidir. Kəskin yoxsulluqdan əziyyət çəkən işçilərin isə 2018-ci ildə 176 milyon nəfər təşkil edəcəyi proqnozlaşdırılır, bu dünyada işləyən bütün insanların 7.2 faizini təşkil edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol