Ər-Riyad İƏT-i İrana görə təcili topladı – Qərar

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin təcili görüşü keçirilib.
Axar.az xəbər verir ki, görüşə səbəb Səudiyyə Ərəbistanı yaşayış məntəqələrinin Yəmən ərazisindən raket atəşlərinə məruz qalması olub. Görüşdə ümumi bəyanat qəbul edilib. Bəyanatda husilərin Səudiyyə Ərəbistanına endirdiyi raket zərbələri pislənilib.
XİN rəhbərləri, həmçinin, Tehranın husiləri silahlandırmasını beynəlxalq hüquq normalarının pozuntusu kimi dəyərləndiriblər və ondan bu fəaliyyətini dayandırmasını tələb ediblər.
www.anews.az
























