• $
  • €
  • ₽
  • ₺
  • £

İranda daxili savaş: SEPAH Xameneiyə düşmən olur...

İranda daxili savaş: SEPAH Xameneiyə düşmən olur...
24.01.2018 14:14
İranla nüvə razılaşmasının taleyi Avropa Birliyindən asılıdır.

Axar.az xəbər verir ki, bunu "Gazeta.ru”ya açıqlamasında rusiyalı politoloq Vladimir Sajin söyləyib.

"Avropalılar İran bazarında çox maraqlıdırlar. Əgər Vaşinqton onlara qarşı "ya İranla biznesi, ya da məni seçin” ultimatumunu versə, avropalılar ABŞ-ı seçəcəklər”, – deyə o bildirib.

Ekspert açıqlamasında həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun maliyyə qaynaqlarının bir hissəsinin alınması məsələsinə də toxunub:

"SEPAH öz biznesinin bir hissəsini verməli olacaq və onlardan niyə bunu etdiklərini heç kim soruşmayacaq. Əgər SEPAH hədəf seçilibsə, o zaman bu, Tehranda heç də hər şeyin rahat getmədiyi deməkdir. İqtisadiyyatla bağlı vəziyyət kifayət qədər ciddidir. SEPAH-ın özü əslində dövlət içində dövlətdir və güclü iqtisadi strukturdur. Ona görə də mübarizə sərt olacaq. SEPAH səssiz şəkildə pul və nüfuzunu verməyəcək”.

Qeyd edək ki, hazırda İraq iqtisadiyyatının üçdə biri SEPAH-ın nəzarətindədir. Bir müddət öncə İran Ali dini lideri Əli Xamenei SEPAH-ı öz biznesindən əl çəkməyə çağırmışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol