• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvilidən Putin haqda danışdı

Saakaşvilidən Putin haqda danışdı
25.01.2018 12:00
Biz hakimiyyətə gəlsək, real dəyişikliklər üçün az vaxtımız olacaq.

Axar.az xəbər verir ki, bunu Rusiyanın "Novaya qazeta” qəzetinə müsahibəsində Mixail Saakaşvili söyləyib.

"Bizim real dəyişikliklər üçün çox qısa vaxtımız olacaq. Ukraynalılar çox səbirsizdirlər. Əgər biz iki ay ərzində real dəyişikliklər göstərə bilməsək, üçüncü ay artıq hakimiyyətdə olmayacağıq. Mənə populyarlıq yox, böyük şəhərlərin gənc və orta sinfinin dəstəyi lazımdır. Bu istiqamətdə bazamız Aleksey Navalnı ilə oxşardır. Putin bizi müqayisə edəndə yanılmırdı. Navalnı çox cəsarətli adamdır və o nə zamansa Rusiyada hakimiyyətə gələcək. Putin özü də anlayır ki, Rusiyada yeganə alternativ Navalnıdır. Rusiyada yeni nəsil daha informasiyalı və daxilən azaddır. Bu qloballaşma və Putin hakimiyyətinin yorğunluğunun nəticəsidir. Putin özü özünü küncə qovub”, – deyə o bildirib

Saakaşvili hakimiyyəti dönəmində heç bir siyasətçinin həbs edilmədiyini söyləyib:

"Mənim prezidentliyim dönəmində Gürcüstanda heç bir siyasətçi həbs edilməyib. Nino Burcanadze kimi insanı hər yerdə həbs edərdilər, amma mən etmədim. Bu adam müharibədən sonra Moskva ilə açıq əməkdaşlıq edirdi. Bu bizim təhlükəsizliyimizə qarşı aksiya idi. Demokratiya adına bu şəxslərə toxunmamaq lazımdır. Əgər 10 il daha hakimiyyətdə olsaydım, Gürcüstan tanınmaz hala gələcəkdi. Bu ölkə Sinqapura bənzəyəcəkdi, amma nəticədə hər kəs mənə nifrət edəcəkdi. Ona görə ki, liderlərin mexaniki yorğunluqları var. Getməyi bacarmaq lazımdır. Putin səhvə yol verir. O, artıq uzun müddət hakimiyyətdədir və rahat şəkildə getmək şansı qalmayıb. Əgər o, beş il əvvəl getsəydi, onu bağışlayıb rahat buraxardılar. Əgər indi getsə, yerinə gələn onu ən yaxşı halda həbs edəcək. Putin bunu gözəl bilir. Mənim nümunəm də çox pisdir, çünki mənə qarşı Gürcüstanda cinayət işi açılıb. Buna görə də hamı deyir ki, əgər Saakaşvilini də həbs edirlərsə, bu qərbyönlülərə qulaq asmayın. 90% reytinq sahibi olmaq çox təhlükəlidir, çünki sıfra burada yol çox sürətli olur. Ən yaxşısı 55% və rahat işləmək imkanıdır. Mənim Gürcüstanda reytinqim 60-65% idi, buna görə də uduzdum. Demək, getmək lazım idi. Başqa çıxış yolu yox idi”.

Saakaşvili həmçinin Putini özünün düşməni hesab etmədiyini bildirib:

"Ukraynada hakimiyyətə gəlsəm, Putin münasibətlər qurmağa ehtiyac yoxdur. Məncə, o, hər kəs üçün problemdir, amma o mənim düşmənim deyil. Mən niyə onun üçün düşmənəm? Ona görə ki, itaətsizliyin simvoluyam. Hər kəs bilir ki, o, Tiflisi 2008-ci ildə ələ keçirmək istəyirdi. Sarkozi də bunu bilirdi. Mən 2008-ci ildə onun bunu edə bilməməsinin simvoluyam. Navalnını həbs edəndə o, məni görür. İtaətsizlik Putin üçün fəlakətdir.

Rusiya ancaq Almaniya və Amerika ilə danışır. Putin Rusiyanın yaxın qonşularını qəbul etmir. O hesab edir ki, onlar üzərində xüsusi haqqa sahibdir. Qonşuları ona borcludur, o isə onlara heç nə verməməlidir. Bu, köhnə rus imperiya ənənəsidir. Rusiya hesab edir ki, SSRİ-nin parçalanması üçün bizim hamımız ona borcluyuq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol