• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ yığmasının həkiminə 175 il iş verildi

ABŞ yığmasının həkiminə 175 il iş verildi
25.01.2018 13:00
ABŞ-da idman gimnastikası üzrə milli yığmanın keçmiş həkimi Larri Nassar qadın idmançılara qarşı cinsi istismara görə 175 il müddətinə azadlıqdan məhrum edilib.

Anews.az xəbər verir ki, bu barədə "BuzzFeed” məlumat yayıb.

Hökm çərşənbə günü (yanvarın 24-də) oxunub. Hakim Rozmari Akuilina qərarı özünəməxsus şəkildə şərh edib.

"Elə indicə sizə ölüm hökmünü imzaladım. Siz nə vaxtsa azadlığa çıxmağa layiq deyilsiniz”, –deyə qadın hakim bildirib.

Dinləmələr zamanı 170 şahid ifadəsi alınıb. İttihama görə, həkim müalicə bəhanəsi ilə gimnastlara qarşı seksual hərəkətlər edib.

Ötən ilin noyabr ayında Nassar gimnastlara qarşı 10 cinsi istismar faktı üzrə təqsirli olduğunu etiraf edib. Ümumilikdə ondan məhkəməyə 140 qadın, o cümlədən, olimpiya çempionları Simon Baylz, Aleksandra Raysman, Qabriella Duqlas və Makkayla Marouni şikayət edib. Bundan əvvəl 8 dekabr 2017-ci ildə Nassar evində uşaq pornoqrafiyası saxladığına görə 60 il müddətinə azadlıqdan məhrum edilmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol