Dünya Bankının baş iqtisadçısı istefaya gedir

Dünya Bankının baş iqtisadçısı öz vəzifəsindən istefa vermək qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Faynənşıl Tayms” qəzeti yayıb. Qəzet Pol Romerin bu vəzifəni 15 ay tutduğunu bildirib.
Onun istefaya getdikdən sonra özünün Nyu York Universitetindəki işinə geri qayıdacağı vurğulanıb.
İstefaya əsas səbəb kimi Romerlə Dünya Bankının digər iqtisadçıları arasında yaşanan konflikt göstərilir.
www.anews.az
























