Adəm cənnətdən buna görə qovulub - Roma papası

Adəm və Həvva cənnətdən feyk xəbərlərə görə qovulub.
Axar.az xəbər verir ki, bunu ümumdünya sosial kommunikasiyalar günü münasibəti ilə yaydığı bəyanatda Roma Papası Fransisk söyləyib.
Onun sözlərinə görə, ilk yanlış informasiya yayan, Adəm və Həvvanın cənnətdən qovulmasına səbəb ilan olub.
O, müraciətində Adəm və Həvva hekayəsindən bəhs etdikdən sonra dünyada zərər verməyən yalanın olmadığını bildirib. Fransisk yalanın dəhşətli nəticələrə səbəb olduğunu söyləyib.
www.anews.az
























