Xəstəxanada yanğın olub - 31 ölü, 77 yaralı

Cənubi Koreyanın Miryan şəhərində xəstəxanada yanğın olub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, "Sejong” xəstəxanasında baş verən yanğın nəticəsində 31 nəfər ölüb, 77 nəfər yaralanıb.
Yanğın baş verən vaxt xəstəxanada təxminən 100 xəstə olub. 52 nəfər digər xəstəxanalara köçürülüb. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Yanğının baş vermə səbəbləri araşdırılır.
www.anews.az
























