Türk ordusu irimiqyaslı hücuma başladı

Türkiyə ordusu və Azad Suriya Ordusu Afrinin şimal-şərqində yerləşən Burseya dağında YPG terror təşkilatı ilə şiddətli döyüşlərə başlayıb.
YPG-nin buradakı beton mövqeləri təyyarələr və "Fırtına” özüyeriyən artilleriya qurğuları vasitəsilə darmadağın edilib.
www.anews.az
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Bu dağ sayəsində YPG Türkiyənin Kilis vilayəti və ASO-nun nəzarətində olan Azez şəhərini atəş altında saxlaya bilir.
Quru qüvvələrlə yanaşı əməliyyata hərbi təyyarələr də qoşulub.
www.anews.az
























