Türk ordusu YPG-ni darmadağın etdi

Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlama yayıb.
Axar.az xəbər verir ki, açıqlamada əməliyyatın başladığı gündən bu vaxtda qədər 649 terrorçunun məhv edildiyi bildirilib.
Bundan başqa, türk ordusuna məxsus təyyarələrin ötən gecə terrorçuların sığınacaq, silah anbarı və atəş nöqtəsi kimi istifadə etdikləri 3 hədəfi darmadağın etdikləri qeyd olunub.
TSQ əməliyyatların davam edəcəyini vurğulayıb.
www.anews.az
























