Afrin açıqlamasına görə qurum rəhbəri həbs edildi

Ankara Respublika Prokurorluğu Afrin əməliyyatından sonra yayımladıqları bəyanata görə Türk Təbiblər Birliyinin idarəçiləri haqda həbs qərarı verib.
Axar.az xəbər verir ki, bu barədə "Xəbərtürk” qəzeti məlumat yayıb.
Məhkəmə Birliyin Mərkəzi Şurasının 8 üzvü haqda həbs qərarı çıxarıb. Onların arasında Birliyin rəhbəri Raşit Tükel də var.
Qeyd edək ki, Türk Təbiblər Birliyinin "Zeytun budağı” əməliyyatı ilə bağlı yaydığı bəyanatda "Savaş xalqın sağlamlığına ziyandır” sözləri yazılmışdı.
Prezident Ərdoğan qurumun bu açıqlamasına sərt reaksiya göstərmişdi.
www.anews.az
























