"iPhone"larda rekord ucuzlaşma

"iPhone" qiyməti düşür. İstiPress-in məlumatına görə, hər is istifadəçilərini yeni modelləri ilə sevindirən "Apple" 3 smartfonu birdən təqdim etməyə hazırlaşır.
Yeniliklər bir neçə ay əvvəl bazara çıxarılan "iPhone 8", "iPhone 8 Plus" və "iPhone X"in qiymətinə də təsirsiz ötüşməyəcək. "iPhone X2 Plus", "iPhone X 2" və "Face ID LCD iPhone"...
Smartfonların özəllikləri hələ tam bilinməsə də ilkin qiymətləri bəllidir. Məsələn, "iPhone X2"nin 999 dollardan satışa çıxarılacağı gözlənilir. "LCD iPhone" modleinin dəyəri 700-800 dollar civarında ola bilər. Bu telefonun ekranı LCD paneli olduğu üçün qiyməti də "X"lərə görə daha aşağıdır.
Yeni modellərin "iPhone 8" qiymətlərinə ciddi təsir edəcəyi gözlənilir. Sözhbət 200 dollara yaxın azalmadan gedir.
www.anews.az
























