• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Sarkisyan “Kreml siyahısı”ndan qorxuya düşüb

Deputat: Sarkisyan “Kreml siyahısı”ndan qorxuya düşüb
31.01.2018 19:19
ABŞ Maliyyə Nazirliyinin gələcəkdə sanksiyalarla üzləşə biləcək rusiyalıların yer aldığı "Kreml siyahısı” açıqlanar-açıqlanmaz prezident Serj Sarkisyanın Ermənistanın Xarici İşlər Nazirliyinə gedərək orada milli təhlükəsizlik strategiyasına dəyişiklik etmənin vaxtının çatdığını bildirməsi, fikrimcə, elə-belə deyil.

Anews.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Onun dediyinə görə, Sarkisyanın narahat olduğu hiss olunur:

"Ona görə narahatdır ki, birincisi, ABŞ Rusiyaya qarşı sanksiyanı sərtləşdirəcəyi halda, onun forpostunun da bundan zərbə yeyəcəyi şəksizdir. 

İkincisi, "Kreml siyahısı”nda erməni əsilli bir neçə iş adamı var ki, onlar Sarkisyanla ortaqdırlar. Bu adamlardan bəziləri həm orada hakimiyyətin formalaşmasında müəyyən rol oynayırlar, həm də Ermənistanla Rusiya arasında bütün açıq və gizli iqtisadi əlaqələr, o cümlədən də indiyədək tətbiq olunan sanksiyalardan yayınılmasına xidmət edən qaranlıq maliyyə əməliyyatları onların vasitəsilə reallaşdırılır.

Yeri gəlmişkən, həmin adamlardan biri oğrubaşı kimi tanınan Robson ləqəbli Ruben Tatulyandır. Müxtəlif cinayətlərdə adı hallandırılan bu soçili erməni Ermənistanın diplomatik pasportunu daşıyır və deyilənə görə, həm də forpostun xarici işlər naziri Nalbandyanın müşaviridir”, - deyə millət vəkili qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol