Putin Lavrovun müavinini işdən çıxardı

Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov vəzifəsindən azad edilib.
Axar.az xəbər verir ki, bu barədə sərəncamı Rusiya Prezidenti Vladimir Putin imzalayıb. Putin Qatilovu digər sərəncamı ilə BMT-nin Cenevrə bölməsindəki Rusiya Daimi Nümayəndəliyinə rəhbər təyin edib.
Qeyd edək ki, Qatilov həm də Rusiyanın MDB ölkələri üzrə xarici siyasətinə kuratorluq edib.
www.anews.az
























