Türk ordusu İraqı bombaladı

Türkiyə Silahlı Qüvvələri Şimali İraqın Avaşin, Basyan, Hakurk bölgələri istiqamətində hava hücumu təşkil edib.
Axar.az xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahından bildirilib.
Məlumata görə, hücum nəticəsində Türkiyə ərazisinə keçməyə hazırlaşan terrorçulara məxsus sığınacaq, silah anbarlarından ibarət 4 hədəf məhv edilib.
Qeyd edək ki, bir müddətdir Türkiyə İraqın Şimalına mütəmadi olaraq aviazərbələr endirir.
www.anews.az
























