• $
  • €
  • ₽
  • ₺
  • £

Leonovun məşhur müraciəti - VIDEO

Leonovun məşhur müraciəti - VIDEO
03.02.2018 08:52
Məşhur Sovet teatr və kino aktyoru Yevgeni Leonovun ölümündən bir neçə il əvvəl verdiyi müsahibə sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.

Kult.az xəbər verir ki, ölümündən 2 il əvvəl edilən sonuncu videomüsahibədə aktyor sanki həyatın əsl simasını açır. SSRİ-nin dağılmasından, kapitalizmin gözlənilmədən keçmiş sovet məkanına daxil olmasından sonra yaranan böhran və özbaşınalığa etirazını Leonov belə ifadə edir:

"Mən indi inanmağa başlamışam, lakin Allaha yox. Mən belə tezliklə dəyişə bilmərəm. Ali qanun sevgi ola bilər. Ali haqq mərhəmət ola bilər, ali ədalət isə bağışlama ola bilər. Mənə elə gəlir ki, bu formula insanlıq səviyyəsindən aşağı düşməmək, maşınla iti əzməmək, doğum evində uşaqdan imtina etməmək, valideynlərə yardım etməmək üçün kifayətdir. Əcdadlarımızın bizə çağırış etdiyi "öldürmə”, "oğurlama” sözlərini unudaraq yaşamaq... Getdikcə bu sözlər bizə ikiüzlülük, ciddi olmayan bir şey kimi görünməyə başladı. Ona görə ki, "azadlıqdır”. "Azadlıq" istədiyini elə, istədiyin kimi yaşamaqdır. Yaşamaq istəyənlər düşünmək istəmirlər ki, intelligensiyadan, sağlam düşüncədən və təmiz qəlbdən ayrılmış azadlıq qorxulu zarafatdır".

Xatırladaq ki, Y.Leonov 1926-cı ildə Moskvada doğulub, 29 yanvar 1994-də dünyasını dəyişib. Onu məşhurlaşdıran obrazı 1961-ci ildə rejissor Vladimir Fetinin "Zolaqlıların səfəri” filmində bufetçi Şuleykin roludur.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol