• $
  • €
  • ₽
  • ₺
  • £

Ağ Evdə müzakirə: bu ölkəyə zərbə endirilsin...

Ağ Evdə müzakirə: bu ölkəyə zərbə endirilsin...
03.02.2018 11:27
Ağ Evin əməkdaşlarından biri Konqresə keçiriləcək seçkilərdə administrasiyaya kömək etmək üçün Koreya Xalq Demokratik Respublikasına zərbələr endirməyi təklif edib.

Publika.az xəbər verir ki, bu haqda Cənubi Koreyanın "Hankyoreh” qəzeti yazıb.

Qəzet qeyd edir ki, belə təklifi Ağ Ev yanında Təhlükəsizlik Şurasının direktoru Metyu Pottincer səsləndirib. Nəşrin iddiasına görə, Pottincer deyib ki, Koreya Xalq Demokratik Respublikasına məhdudlaşdırılmış hərbi zərbə 2018-ci ilin noyabrında keçiriləcək aralıq seçkilərdə administrasiyaya kömək edəcək".

Lakin ABŞ prezidentinin mətbuat katibi Sara Sanders "Vol Strit Jurnal”(Wall Street Journal) nəşrinin Seul bürosunun rəhbəri Conatan Çenin öz tvitter səhifəsində informasiyanı dərc etməsindən sonra iddiadan xəbər tutub. Mətbuat katibi Cənubi Koreya qəzetinin informasiyasını təkzib edib.

"Pottincer dəniz piyadaçısıdır. İki müharibədə xidmət edib və düşüncəsiz şəkildə hərbi hərəkətlərə olmağa öyrəşməyib. Mən inana bilmirəm ki, "Vol Strit Jurnal” nəşrinin müxbiri belə məsuliyyətsiz ittihamı təkrarlamazdan əvvəl şərh haqqında xahiş etməyib”, - Sanders bildirdi.

Qeyd edək ki, ABŞ KİV-inin son aylarda yazdığına görə, administrasiya Pxenyanın raket-nüvə potensialının məhv edilməsi üçün Koreya Xalq Demokratik Respublikasına məhdudlaşdırılmış zərbənin endirilməsi imkanını öyrənir. Bir sıra ekspertlər xəbərdarlıq edirlər ki, qarşılıqlı nüvə zərbələrindən qaçmaq mümkün olsa belə, adi silahların tətbiqi Koreya yarımadasında tammiqyaslı müharibəyə keçə bilər.

Ağ Ev Koreya Xalq Demokratik Respublikasına hücum planlarını rəsmən təsdiqləmir, amma problemin hərbi həllini istisna etmir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol