Dağıstanın rəhbəri və iki müavini saxlanıldı

Dağıstanda hökumət başçısı vəzifəsini müvəqqəti icra edən Abdusamad Həmidov saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Bildirilib ki, Həmidovla yanaşı baş nazirin iki müavini saxlanılıb.
Hazırda onların evində axtarış aparıldığı bildirilir.
www.anews.az
























