İran səhəri zəlzələ ilə açdı - 4.4 bal

İranda səhər saatlarında yenə zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanlar 4,4 bal gücündə qeydə alınıb.
Məlumata görə, zəlzələ Kirman şəhərindən 54 kilometr şimalda baş verib. Zəlzələnin 33 kilometr dərinlikdə baş verdiyi qeyd edilib.
Dağıntılar və insan tələfatı barədə məlumat hələ daxil olmayıb.
Qeyd edək ki, sonuncu dəfə yanvarın 13-də İranın cənubunda 4,6 bal gücündə zəlzələ baş verib. Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Şiraz şəhərindən 113 kilometr cənubda, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.
www.anews.az
























