Nazir müavini evində ölü tapıldı - Tatarıstanda

Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şışmaryovanın yaşadığı mənzildə meyiti aşkar edilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, onun özünə qəsd etdiyi ehtimal olunur.
Qeyd edilib ki, nazir müavini bir müddət əvvəl fırıldaqçılıqda, vəzifə səlahiyyətlərindən və büdcə vəsaitlərindən sui-istifadə etməkdə şübhəli bilinərək ev dustaqlığına məhkum edilmişdi.
www.anews.az
























