ABŞ tarixin ən sərt sanksiyalarına hazırlaşır

Vaşinqton və müttəfiqləri Şimali Koreya problemini sülh yolu ilə həll etməyə cəhd edirlər, amma bununla belə, digər imkanları da nəzərdən keçirirlər.
Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Mayk Pens Yaponiyadakı ABŞ hərbçiləri qarşısında çıxışı zamanı söyləyib. O, ABŞ-ın yaxın gələcəkdə Şimali Koreyaya qarşı tarixin ən sərt sanksiyalarını tətbiq edəcəyini bildirib.
Pens Şimali Koreyanın nüvə silahlarından imtina etməyənə qədər təcridinin davam edəcəyini vurğulayıb.
www.anews.az
























