Soros Breksitə qarşı yarım milyon ayırdı

Amerikalı milyarder Corc Soros Britaniyanın Avropa Birliyində saxlanılması kampaniyasına yarım milyon dollar ayırıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Qardian” qəzeti yayıb. Qəzet yatırımın Britaniyanın AB-də qalması üçün mübarizə aparan "Best for Britain” təşkilatına edildiyini bildirib.
Qeyd edək ki, Britaniya 2016-cı ilin iyununda keçirilən referendumdan sonra AB-dən çıxmaq haqqında qərar qəbul edib. Ölkənin AB-dən çıxma prosesi gələn il başa çatmalıdır.
www.anews.az
























