• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan 11 aprel seçkilərindən qorxur

Ermənistan 11 aprel seçkilərindən qorxur
08.02.2018 16:31
Azərbaycanda qlobal iqtisadi problem yoxdur. Əksinə, iqtisadi artımın olduqca ciddi perspektivləri var. Ermənistanın uzun müddətdir özünə müttəfiq hesab etdiyi ölkələr bu gün Azərbaycanla səmimi münasibətlər qururlar və bu münasibətlərdə biznes əsas paya sahibdir.

Bu fikirləri erməni siyasi şərhçisi Qrasiya Qalustyan "Armenia report” saytına açıqlamasında bildirib. O deyib ki, Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir Putinin qələbəsindən sonra Azərbaycan Dağlıq Qarabağın azad edilməsi istiqamətində ciddi fəaliyyətə başlayacaq və Moskva bu proseslərdə Bakını dəstəkləyəcək.

Erməni siyasi şərhçi, həmçinin Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri bağlı da narahatlığını bildirərək qeyd edib ki, prezident seçkilərinin vaxtının aprelin 11-nə dəyişdirilməsi heç də iddia edildiyi kimi iqtisadi məsələlərdən irəli gəlmir. Tehran, Bakı və Moskva bölgədə yeni böyük nəqliyyat layihəsinin – Şimal-Cənub beynəlxalq dəmiryolu layihəsinin əsasını qoyur. Martda Azərbaycan və İran prezidentlərinin görüşünün olacağını deyən erməni siyasətçi Azərbaycan Astarası ilə İran Astarası arasındakı körpünün istifadəyə veriləcəyini, həmçinin Astara-Rəşt dəmiryolunun təməlinin qoyulacağını bildirib. Onun sözlərinə görə, İran tərəfi bəyan edib ki, bu, Fars körfəzi ilə Qara dənizi birləşdirən böyük əhəmiyyətli layihədir. Həmin nəqliyyat dəhlizi vasitəsilə yüklər Gürcüstan, Ukrayna və Polşaya qədər daşınacaq. Ermənistan yenə böyük gəlirlərdən təcrid olacaq, Azərbaycan isə təkcə maliyyə yox, həm də siyasi dividendlər əldə edəcək.

Q.Qalustyan deyib ki, İran Azərbaycana yarım milyard dollar kredit ayırıb. Bu səbəbdən Azərbaycanda iqtisadi problemlərin olması bağlı fikirlər səsləndirmək əsasızdır və rəsmi Bakı artıq qərb ölkələri ilə iddialı danışır. Prezident İlham Əliyevin Davos görüşlərini xatırladan erməni politoloq qeyd edib ki, bu beynəlxalq iqtisadi tədbirdə iştirakçı ölkələr Azərbaycanı önəmli tərəf olaraq qəbul edirdilər.

Azərbaycan və Rusiya arasında isti münasibətlərə də toxunan Qalustyan önəmli bir nüansı diqqətə çatdıraraq bildirib ki, Rusiya telekanallarında heç vaxt Azərbaycanı tənqid etmirlər, halbuki orada Ermənistan ən pis sözlərlə təhqir olunur. Bundan başqa, Duqinin, Solovyovun, Proxanovun Bakıya səfərlərini də xatırladan erməni şərhçi deyib ki, onlar işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması ideyasını müdafiə edirlər. Bütün bunlarla yanaşı, Kreml Sarkisyandan narazılığını gizlətmir. Aprelin 9-da Sarkisyanın prezidentlik müddəti başa çatır və Azərbaycanda seçkilər payızda keçirilsəydi, bu, Dağlıq Qarabağ danışıqlarında pauza yaranması ilə nəticələnərdi. Göründüyü kimi, Azərbaycan heç bir fasilənin yaranmasına imkan vermək niyyətində deyil. Seçkinin vaxtının dəyişdirilməsi də məhz buna hesablanıb.

Q.Qalustyan vurğulayıb ki, Rusiyadakı seçkidən dərhal sonra Azərbaycan Qarabağın azad olunması prosesinə başlayacaq. Kremlin siyasi dəstəyi nəticəsində erməni ordusu heç nə edə bilməyəcək. Bu, təkcə Serj Sarkisyanın yox, bütün "Qarabağ klanı”nın siyasi səhnədən gedişi ilə nəticələnəcək. Prezident İlham Əliyev isə qalib olaraq tarixə düşəcək”.(AzərTac)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol