ABŞ hökuməti fəaliyyətini yenə dayandırdı

ABŞ Konqresi büdcə ilə bağlı yenidən ortaq qərara gələ bilməyib.
Axar.az xəbər verir ki, nəticədə federal hökumət gecə yarısından etibarən avtomatik olaraq işini dayandırıb.
Qeyd edək ki, son bir ay ərzində ABŞ hökuməti artıq ikinci dəfədir fəaliyyətini dayandırmağa məcbur olur.
Bundan öncə Konqresin büdcə haqqında qanunu qəbul etməməsi ucbatından üç gün ərzində hökumət fasilələrlə fəaliyətini davam etdirmişdi. Sonrada Konqres 8 fevrala qədər büdcəni müvəqqəti təsdiqləmişdi.
www.anews.az
























