• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada azərbaycanlı avtoritet saxlanıldı

Moskvada azərbaycanlı avtoritet saxlanıldı
09.02.2018 14:40
Moskvada Rusiyada 20 il ərzində müxtəlif adlarla hüquq-mühafizə orqanlarından gizlənən, Azərbaycandan olan mütəşəkkil cinayətkar dəstənin lideri polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Anews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN rəsmi nümayəndəsi İrina Volk jurnalistlərə verdiyi açıqlamada bildirib.

Rəsminin sözlərinə görə, Cənubi Qafqazda doğulmuş 49 yaşlı həmin şəxs Azərbaycanda törətdiyi  soyğunçuluq, insan oğurluğu və banditizmə görə beynəlxalq axtarışda olub. 

Onun  polisin SOBR xüsusi təyinatlılarının dəstəyi ilə Miçurin prospektində keçirdiyi əməliyyat nəticəsində saxlanıldığı bildirilir.

"Sözügedən şəxs 1997-ci ildən bəri cinayət məsuliyyətindən yayınıb. Başqasının SSRİ vətəndaşı pasportundan istifadə etməklə, Rusiya vətəndaşlığı və Rusiya ümumvətəndaş pasportunu əldə edib.

Hüquq-mühafizə orqanları müəyyən edib ki, həmin adla Azərbaycanda başqa bir şəxs yaşayır”, – deyə Volk bildirib.

Volk bildirib ki, cinayətkarın Rusiya vətəndaşlığı ləğv olunub, əldə etdiyi pasport isə etibarsızlaşdırılıb.

Onun kirayə qaldığı mənzildə aparılan axtarış zamanı İJ-70, Brauninq tapançaları, 9 mm kalibrli 23 patron, həmçinin üzərində cinayətarın şəklinin həkk olunduğu və şəxsi məlumatlarının qeyd edildiyi saxta Qazaxıstan pasportu aşkarlanıb.

Cinayətkara qarşı qanunsuz silah dövriyyəsi ittihamı ilə cinayət işi açılıb, barəsində həbs-qətimkan tədbiri seçilib. Cəza müddəti başa çatdıqdan sonra onun Azərbaycana ekstradisiya olunacağı bildirilir.

Hal-hazırda saxlanılan şəxsin Rusiya Federasiyası ərazisində digər cinayətlər törədib-törətməməsi araşdırılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol