• $
  • €
  • ₽
  • ₺
  • £

Günəş enerjisi teleportasiya olunub

Günəş enerjisi teleportasiya olunub
09.02.2018 18:19
Səudiyyə Ərəbistanında Elm və Texnologiya Universitetinin alimləri Günəş şüaları ilə isinən Yer planetindən çıxan infraqırmızı şüa enerjisini elektrik cərəyanına çevirməyin yolunu tapıblar.

Anews.az "Science Alert” jurnalına istinadən xəbər verir ki, alimlər bu məqsədlə "kvant tuneli”ndən istifadə edib.

Yer planetinə daxil olan günəş şüalarının çoxu atmosferin üst təbəqələrinə hopur və infraqırmızı dalğa şəklində yenidən şüalanır. Alimlərin hesablamalarına görə, bu yolla saniyədə 1 milyon qiqavata yaxın enerji hasil olunur.

Bu enerjidən yararlanmaq üçün tədqiqatçılar nanoölçülü antenalar və onunla əlaqəli olan, iki metal təbəqə arasında sıxılmış izolyasiya təbəsindən ibarət olan diodlardan istifadə etməyi təklif edib.

"Rekten” adlandırılan belə qurğularda "kvant tuneli” adlandırılan hal, yəni zərrəciklərin keçilməz enerji baryerindən teleportasiyasıbaş verir.

Klassik fizika nöqteyi-nəzərindən "kvant tuneli”nin praktikada tətbiqi mümkünsüz olsa da, onun kvant mexanikası əsasında izahı var. Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, yeri dəqiq məlum olan zərrəcikdə, impuls qeyri-müəyyən olur, yəni o, ixtiyari qiymət ala bilər.  

Beləcə, zərrəcik ona bu baryeri aşmağa kömək olan əlavə potensial enerji əldə edir. Bu haldan diodların daxilində elektrik sahələrinin gücləndirilməsi məqsədilə istifadə olunur.

Alimlər qızıl və titandan olan iki metal kronşteyn arasında nazik izolyasiya qatı yerləşdirməklə diodun sınaq nümunəsini yaradıb. İnfraqırmızı şüalanmadan qaynaqlanan fotonlar rektenaya düşür və metal-izolyatorda metaldan elektronları sıxışdırır.

Kronşteynin xəfifcə örtüldüyü yerdə baş verən tunel effekti plazmonların (əlaqələndirilmiş elektron titrəyişlər) meydana gəlməsinə və elektrik sahəsinin güclənməsinə səbəb olur.

Tunel effekti yaratmaq üçün, adətən, gərginliyin tətbiq edilməsi tələb olunsa da, bu qurğu infraqırmızı şüaları tutaraq, onları elektrik cərəyanına çevirir və onu gücləndirir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol