Ələkbərovdan etiraf: “Hesabat” bizə problem yaradır...

"Kreml hesabatı” "Lukoyl”a kredit cəlb edilməsində və razılaşmaların imzalanmasında problemlər yaradacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov söyləyib.
"Bu siyahının yaxşı heç bir tərəfi yoxdur. "Lukoyl” qlobal bazarda çalışır və tərəfdaşlarımız belə olan halda razılaşmalara şübhəli yanaşacaqlar. Biz bu siyahının nə dərəcədə təhlükəli olacağını artıq dəyərləndirmişik”, – deyə o bildirib.
www.anews.az
























