Tiflisdən Saakaşvili açıqlaması: Həbs ediləcək...

Mixail Saakaşvili Kiyevdən Tiflisə ekstradisiya olunsa, həbs ediləcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze söyləyib.
"Bizim ölkədə onun dəstəyi zəifdir. Siyasi baxımdan bizi Saakaşvilinin Gürcüstan və Ukraynada olacağı maraqlandırmır”, – deyə o bildirib.
Qeyd edək ki, Saakaşvili bundan öncə açıqlama verərək, Gürcüstanda həbs olunacağı təqdirdə hazırkı hakimiyyətin devriləcəyini bildirmişdi.
www.anews.az
























